Terrorçu PKK-nın ömürlük həbs cəzası çəkən lideri Abdulla Öcalanın bacısı Dilek Öcalanın Böyük Millət Məclisində başqanlıq divanına (Rəyasət Heyəti) namizədliyi geri götürülüb.
Modern.az CNNTürk-ə istinadən xəbər verir ki, bu addımı Dilek Öcalanın təmsil olunduğu HDP rəhbərliyi atıb.
Dilek Öcalanın əvəzinə Rəyasət Heyətinə Mardindən deputat seçilmiş Erol Dorayın namizəd göstərilməsi qərara alınıb.