Modern.az

Baş nazir Şeyxülislamın qarşısında diz çökdü

Baş nazir Şeyxülislamın qarşısında diz çökdü

6 İyul 2015, 22:13


Tailandda yaşayan 8 milyona yaxın müsəlmanın lideri olaraq qəbul edilən Şeyxülislam Aziz Pitakumpolun verdiyi iftar yeməyinə gələn Tailandın baş naziri Prayut Chan-ocha diz çökərək Şeyxülislam həzrətlərini salamlayıb.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Tailandın əhalisinin 90 faizi buddist olmasına baxmayaraq, bu ölkədə müsəlmanlara hörmətlə davranılır. Ölkədə rəsmi olaraq tanınan iki dini liderdən biri buddizmi, digər isə İslamı təmsil edir.

Protokolda Şeyxülislam həzrətləri baş nazirdən də öndə yerləşir və bu səbəbdən iştirak etdiyi dəvətdə baş nazir Chan-ocha dizləri üstə çökərək Şeyxülislama hörmətini bildirir.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...