Modern.az

Leninlə Stalinin oxşarları dalaşdı

Leninlə Stalinin oxşarları dalaşdı

7 İyul 2015, 09:41


Moskvada “Oxotnıy ryad” metrostansiyasının yeraltı keçidində Vladimir Leninlə İosif Stalinin oxşarlarının dalaşmasını prokurorluq xüsusi nəzarətə götürüb. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, dava barədə Manej meydanında Leninin oxşarı kimi işləyən İqor Qorbunov müraciət edib.

Onun sözlərindən belə məlum olub ki, Stalinin oxşarı kimi işləyən Lətif Vəliyev sözlü münaqişə nəticəsində çətirlə onun kürəyinə üç zərbə vurub. Münaqişə Moskva Mərkəzi Univermağının yaxınlığında işləyən Stalinin digər oxşarına görə qızışıb. Vəliyev Qorbunovu Stalinin oxşarı ilə əməkdaşlıqda günahlandırıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...