Modern.az

Tibb Universitetinin həkimləri ilk dəfə bu əməliyyatı etdilər - FOTO

Tibb Universitetinin həkimləri ilk dəfə bu əməliyyatı etdilər - FOTO

7 İyul 2015, 10:24


Azərbaycan Tibb Universitetinin  Tədris Cərrahiyyə Klinikasında Azərbaycanda ilk dəfə olaraq qaraciyər xəstəsinə "Kök hüceyrə transplantasiyası" əməliyyatı həyata keçirilib. Modern.az xəbər verir ki, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının I Cərrahi Xəstəliklər kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, professor Nuru Bayramovun rəhbərliyi altında böyük bir heyətlə ilk dəfə olaraq qaraciyər xəstəsinə "Kök hüceyrə transplantasiyası" əməliyyatı olunub.

Xəstənin sümük iliyindən əldə edilən mezenximal kök hüceyrələrini intraarterial yolla qaraciyərə trans ediblər.

Əməliyyatda Transplantologiya şöbəsinin müdiri t.ü.f.d. Dr. Ruslan Məmmədov, Şüa-diaqnostika şöbəsinin müdiri Dr. Rasim Bayramov, İnvaziv kardiologiya şöbəsinin müdiri, t.ü.f.d. Dr.Qalib İmanov, Hematoloq Dr. Naidə Ağayeva, Molekulyar bioloq və genetik Dr. Fərid İsmayıllı, Həkim-Anesteziolog Dr. Məmməd Şirinov, Rezident Mehriban Hüseynova iştirak ediblər.


Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...