TRT Türk və Anadolu Agentliyinin jurnalistləri Suriyada hücuma məruz qalıb.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, TRT Türk televiziyasında yayımlanan səyahət və xəbər proqramının aparıcısı Adəm Özköse və operatoru, Hələbdə münaqişəni izləyən Anadolu Agentliyinin jurnalisti çəkiliş aparan zaman hücum nəticəsində yaralanıb.
Atışma zamanı ayağından yaralanan Adəm Özköse proqram üçün anons çəkirmiş.
Hazırda jurnalistlərin vəziyyətinin yaxşı olduğu deyilir.
Adəm Özköse 2012-ci ildə çəkiliş zamanı Əsəd qüvvələri tərəfindən qaçırılıb 70 gün həbsdə saxlanılıb.