Modern.az

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə abituriyentlərin sayı açıqlandı

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə abituriyentlərin sayı açıqlandı

Təhsil

7 İyul 2015, 14:36

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət  tələb edən V ixtisas qrupuna aid olan ixtisasları üzrə qabiliyyət imtahanlarına buraxılan abituriyentlərin sayı müəyyənləşib (cari və əvvəlki illərin məzunları). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Modern.az-a verilən məlumata görə, 2014-cü illə müqayisədə bu il xüsusi qabiliyyət tələb edən ixtisaslara müraciət edən abitruriyentlərin sayında artım müşahidə edilib.

Bu məlumatlara dair cədvəl 2014-cü illə müqayisəli şəkildə təqdim olunur: 

Ali təhsil müəssisələrinin ixtisasları üzrə


Şəhər və ya bölgə

Müsabiqəyə buraxılanların sayı

2014

2015

Təsviri sənət

Bakı

330

624

Bölgə

164

411

Cəmi

494

1035

Musiqi sənəti

Bakı

349

594

Bölgə

148

355

Cəmi

497

949

Teatr, kino və xoreoqrafiya sənətləri

Bakı

250

371

Bölgə

15

47

Cəmi

265

418

Bədən tərbiyəsi və idman

Bakı

742

3935

Bölgə

232

2260

Cəmi

974

6195

 

 

 

Bütün istiqamətlər üzrə cəmi

2230

8597

 

 

 

Yuxarıdakı cədvəldən də göründüyü kimi, bütün qabiliyyət imtahanı komissiyaları üzrə qabiliyyət imtahanlarında iştirak hüququ qazanmış abituriyentlərin sayı ötən illə müqayisədə xeyli artıb. Bu artım bədən tərbiyəsi və idman istiqamətində xüsusilə diqqət çəkir. Fikrimizcə gənclərimizin qeyd olunan sahəyə marağının artmasında ilk Avropa yay oyunlarının ölkəmizdə təşkil olunması ciddi rol oynayıb. 

11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq arzusunda olan abituriyentlərdən  isə 21634 nəfəri müsabiqədə iştirak hüququ qazanıb. Nəzərə alsaq ki, həmin abituriyentlərdən müəyyən hissəsi ali təhsil müəssisələrinin müsabiqəsində də iştirak edə biləcəklər, kolleclərə hansı sayda ərizə veriləcəyini indidən söyləmək mümkün deyil.

Qeyd edək ki, TQDK iyulun 2-də V ixtisas qrupuna və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) keçirilmiş əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirib. İmtahanın nəticələri 1 gün sonra  iyulun 3-də elan olunub.

Məlum olduğu kimi, 2015/2016-cı tədris ili üzrə qəbul qaydalarında edilmiş dəyişikliklərə əsasən, V ixtisas qrupu yaradılıb və buraya ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları daxildir. Yeniliyə əsasən,  I, II, III və ya IV ixtisas qruplarının hər hansı biri üzrə müsabiqədə iştirak etmək istəyən abituriyent, həm də V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilir. Abituriyentlərə iki müxtəlif ixtisas qrupu üzrə müsabiqədə özlərini sınamaq şansı verilməklə, onlar üçün əlavə imkanlar yaradılıb.

Digər bir yeniliyə əsasən, bu ildən tam orta təhsil (11 illik) bazasında kolleclərə qəbul cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə əsasən həyata keçirilir. Orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər üçün isə kolleclərə qəbul buraxılış imtahanı səviyyəsində iyulun 2-də keçirilmiş qəbul imtahanının nəticələrinə əsasən aparılır. 

Aytən ZƏHRA

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı