Modern.az

“Yadigar Sadıqovun müalicəsi yarımçıq qalıb” – Müdafiə komitəsinin sədri

“Yadigar Sadıqovun müalicəsi yarımçıq qalıb” – Müdafiə komitəsinin sədri

Təhsil

7 İyul 2015, 16:22


Müsavat Partiyası başqanının həbsdə olan müavini Yadigar Sadıqovun səhhətindəki problemlər olduğu kimi qalır.

Bu haqda Modern.az saytına onun hüquqlarını müdafiə komitəsinin sədri Elman Fəttah məlumat verib: “Onun xroniki ürək problemi var. Mütəmadi müvafiq dərmanların qəbulu vəziyyətin ağırlaşmasının qarşısını alır.

Penitensiar Xidmətin müalicə müəssisəndə 10 günlük müalicədən sonra səhhətində xüsusi ağırlaşma müşahidə olunmayıb. Müayinə zamanı Yadigar Sadıqovun müalicəyə ehtiyacı olduğu haqqında qərar verilib və müalicə müəssisəsinə köçürülüb. Sonradan müalicəsini yarımçıq saxlayaraq cəzaçəkmə müəssisəsinə geri qaytarıblar”.

Elman Fəttah Yadigar Sadıqovun gümrah və mübariz əhval-ruhiyyədə olduğunu deyib:

“Həbsinin 2 ili tamam oldu. Bu vaxta qədər bir neçə məhkəməsi olub. Cəzasının çəkilməmiş hissəsinin başqa cəza ilə əvəz edilməsi və həbsinin ikidə birini başa vurduqdan sonra azadlığa buraxılması ilə bağlı verilən vəsatətlər məhkəmədə əsassız olaraq rədd edildi. İndi həmin ərizə Apelyasiya Məhkəməsinə təqdim olunub. Yadigar bəy hüquqları ilə bağlı mübarizəsini həbsxanada da davam etdirir”.

Elman Fəttahın sözlərinə görə, Yadigar Sadıqovun cəza çəkdiyi müəssisə İkinci Dünya Müharibəsi ərəfəsində tikilib: “Az qalıb, 100 yaşı tamam olacaq. Coğrafi olaraq  daş karxanaların arasında yerləşir. Yadigar Sadıqov nəfəs çatışmazlığı, su problemi, yayda dözülməz isti, toz-torpaq və başqa bu cür şəraitdə cəza çəkməyə davam edir.

Qanunun tələbinə görə, Yadigar Sadıqov cəzasını yaşayış yerinə yaxın Xələcdəki həbsxanada çəkməli idi. Amma burda da onun hüquqları pozulub.

Yadigar Sadıqov ailə üzvləri ilə görüş, telefon zəngləri, sovqat qəbul etməsi ilə bağlı hər hansı bir məhdudiyyətlə qarşılaşmır.

Mütəmadi olaraq ona verilmiş bu hüquqlardan maneçilik yaradılmadın istifadə edir. Onun kimi intellektual ziyalı ilə həbsxanada görüş, onu dinləmək imkanlarım var və bundan qürur duyuram”.

Yadigar Sadıqov 2013-cü il iyunun 27-də Lənkəranda tutulub. Lənkəran sakini Rəşid Kərimovu döyməkdə, ona bədən xəsarəti yetirməkdə ittiham olunan Yadigar Sadıqov 2014-cü il yanvarın 13-də Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

İyulun 22-də Şirvan Apelyasiya Məhkəməsi həbs cəzasını 4 ilə endirib. Yadigar Sadıqov 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.

Yeganə OQTAYQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı