Modern.az

İnkluziv təhsillə bağlı işlər aparılır

İnkluziv təhsillə bağlı işlər aparılır

Təhsil

7 İyul 2015, 16:55

Bakı Şəhər Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Krallığın Britaniya Şurası (British Council) təşkilatı yerli tərəfdaş Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi ilə birgə “Bərabər və məsuliyyətli cəmiyyət üçün İnklüziv qərarlar”  layihəsi həyata keçirilir. 2013-cü ilin aprel ayından başlamış və 2015-ci ilin oktyabr  ayınadək  həyata keçiriləcək layihənin əsas məqsədlərindən biri xüsusi qayğıya ehtiyacı olan insanlarla bağlı QHT-lərin yerli dövlət qurumları ilə əməkdaşlığının möhkəmlənməsinə nail olmaq, həmin insanların hüquqlarının müdafiəsini təmin etmək və eyni zamanda təhsil hüquqlarının bərpa olunması sahəsində maarifləndirmə işinin təşkil edilməsindən ibarətdir.  

6 iyul tarixində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən British Council-ın Bərabər və məsuliyyətli cəmiyyət üçün inklüziv qərarlar(IDEAS) layihəsinin pilot mərhələsi çərçivəsində baş tutacaq təlimlərin açılış mərasimi keçirilib.

Açılış mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva, BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova, British Council-ın Təhsil və cəmiyyət layihələri üzrə meneceri Nərgiz Hüseynova, IDEAS layihəsinin Azərbaycan üzrə kordinatoru Səbinə Quliyeva, Access bankın PR meneceri Nigar Məmmədova iştirak edib.

Layihə çərçivəsində Bakı şəhərində yerləşən 50 qabaqcıl və yeniliyə açıq olan məktəb direktorları üçün 6-9 iyul tarixlərində inklüziv təhsilin əsas fəlsəfəsi, beynəlxalq təcrübənin və modellərin təqdim edilməsindən ibarət 2 günlük təlimlər keçiriləcək.

Təlimlərin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasından irəli gələn xüsusi qayğıya ehtiyacı olan insanlar üçün inklüziv təhsil modelinin yaradılması ilə bağlı dövlətin həyata keçirdiyi islahatlara dəstək verilməsindən ibarətdir.

Aytən ZƏHRA

   
Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı