Modern.az

Təbrizdə Azərbaycan vətəndaşının asılmış şəkildə meyitinin tapılmasına rəsmi MÜNASİBƏT

Təbrizdə Azərbaycan vətəndaşının asılmış şəkildə meyitinin tapılmasına rəsmi MÜNASİBƏT

Təhsil

7 İyul 2015, 17:33


Xarici İşlər Nazirliyi (XİN) Təbrizdə Azərbaycan vətəndaşının meyitinin asılmış vəziyyətdə tapılması xəbərinə münasibət bildirib.

Modern.az saytının məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, 6 iyul 2015-ci il tarixində KİV-də yayılmış məlumata əsasən İran İslam Respublikasının Təbriz küçəsində yerləşən “Cahannamə” mehmanxanasında bir nəfərin meyitinin asılmış vəziyyətdə tapıldığı və həmin şəxsin Azərbaycan Respublikası vətəndaşı olduğu bildirilib: "Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycanın Təbrizdəki Baş konsulluğu İİR-in aidiyyəti orqanları ilə əlaqə saxlayıb və bu şəxsin 1969-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Həşimov Ədalət Həsən oğlu olduğu bildirilib".

O, qeyd edib ki, hazırda Təbriz şəhərinə gəlmiş mərhumun yaxın qohumlarına lazımı dəstək və konsulluq yardımı göstərərək, Baş konsulluq meyitə baxışın keçirilməsi, eləcə də mərhumun cənazəsinin mümkün olan ən qısa müddət ərzində Azərbaycana göndərilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirir.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı