TİKA Bakı Proqram Əlaqələndirmə Ofisi tərəfindən Azərbaycanın qədim şəhəri Şəkidə və paytaxt Bakıda iftar süfrəsi açılıb.
Modern.az xəbər verir ki, Bakıda da TİKA-nın rəhbərliyi ilə iftar süfrəsi verilib. Paytaxt Bakıdakı iftar proqramında rəsmi və vətəndaş qurumlarını təmsil edənlər iştirak ediblər. TİKA-nın Proqram Əlaqələndirmə Ofisinin əməkdaşları bildirib:"TİKA-nın mədəniyyətimizdəki paylaşma mədəniyyətini təmsil etdiyini və Ramazan ayının hər mövzuda gözəl bölgülər üçün bir vəsilə olmasını fürsət bilərək, iftar çoşqusunu Azərbaycandakı dostlarımız ilə bölüşürük".
Bildirilib ki, tələbələrin, yetim və dul insanların bu kimi tədbirlər iştirak etməsinə çox önəm verilir.
Şəkidə isə Gənclər Mərkəzi bazasında yaradılan Yunus Əmrə Qrupu təsəvvüf musiqisindən nümunələr ifa edib.
Mərkəzdə verilən “Ebru” kurslarını uğurla bitirən bəzi tələbələr sertifikatlarını iftar proqramında alıblar.