Modern.az

“Hərbi qulluqçuların ehtiyata buraxılmaması barədə deyilənlər yalandır”

“Hərbi qulluqçuların ehtiyata buraxılmaması barədə deyilənlər yalandır”

Təhsil

8 İyul 2015, 11:05


“Hərbi qulluqçuların ehtiyata buraxılmaması ilə bağlı mətbuatda yayılan məlumatlar doğru deyil”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov deyib.  

Novruzəli Orucov bildirib ki, ölkə prezidentinin sərəncamı ilə iyulun 1-dən həm hərbi xidmətə çağırış, həm də ehtiyata buraxılma həyata keçirilir:

“Qanunvericilikdə bu müddətin iyulun 1-dən 30-dək olduğu göstərilir.  Hərbi qulluqçuların hərbi hissələrdən ehtiyata buraxılmaması barədə deyilənlər yalandır”.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...