Modern.az

Termometr sındı, FHN hərəkətə keçdi

Termometr sındı, FHN hərəkətə keçdi

8 İyul 2015, 12:22


Bakıda mənzildə termometr sınıb, dağılmış civə demerkurizasiya edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Modern.az saytına məlumat verilib. FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda mənzildə termometr sınıb, nəticədə daxilindəki civə ətrafa dağılıb.

Maye halında olan kimyəvi element nazirliyin mütəxəssisləri tərəfindən yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib.

Əməliyyat saat 08:00-da başa çatıb.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...