Modern.az

Hadi Rəcəbli: “Azərbaycanda nikahın pozulması halları son illər artıb”

Hadi Rəcəbli: “Azərbaycanda nikahın pozulması halları son illər artıb”

8 İyul 2015, 11:10


11 iyul BMT-nin müəyyənləşdirdiyi ümumdünya əhali günüdür.

Bu günü dünyanın 200-dən çox ölkəsi qeyd edir. Dövlətlər yer kürəsində yaşayan 7.7 mlrd əhalinin bu və digər problemlərini müzakirə edir sosial müdafiəsini  daha yaxşı təmin etmək üçün tədbirlər görür.

Modern.az xəbər verir ki, bu günlərdə Cəlilabad şəhərində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (Ombudsmanın), BMT-nin əhali fondunun və Cəlilabad rayon icra hakimiyyətinin birgə hazırladığı, bölgənin 8 rayonunun iştirakı ilə geniş konfrans keçirilib.

Konfransda Ombudsman Elmira xanım Süleymanova, rayon icra başçısı Əziz Əzizov və BMT-nin nümayəndəsi Fərid Babayev açılışda iştirak ediblər. Milli Məclisin Sosial Siyasət komitəsinin sədri, professor Hadı Rəcəbli konfransda “Qanunvericilik, hüquqlar və reallıqlar” mövzusunda məruzə edib.  Məruzədə ölkəmizdəki domoqrafik inkişaf və təhlükəsizlik, reproduktiv sağlamlıqla bağlı statistika, komprotiv təhlil şəklində çatdırılmış, miqrasiya və genofondun qorunması məsələlərinə toxunulub.

O, qeyd dib ki, ölkəmizdə nigaha girən 90 minə yaxın cütlüyün 11 faizinin uşağı olmur.

Narahatedici haldırkı nigahın pozulması halları son illər iki dəfə artaraq 12 faizə yaxınlaşıb. Genofondun qorunması məqsədi ilə birinci xanım deputat Mehriban Əliyevanın təşəbbüsü ilə ailə məcəlləsinə dəyişiklik edilib, nigaha girənlərin mütləq tibbi arayış təqdim etməsi ailə məcəlləsində ehtiva olunub. Duzun yodlaşdırılması, erkən körpələrin ana südü ilə qidalanması və digər qanunlar bu məqsədlərə xidmət edib.

Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Lerik, Masallı, Salyan, Yardımlı rayonlardan gəlmiş rayon icra başçılarının müavinləri, səhiyyə , təhsil, ahıllar problemləri ilə məşğul olan nümayəndələr müzakirələrdə fəal iştirak etmiş maraqlı konfransa görə təşkilatçılara minnətdarlıq bildiriblər.

Konfransın gedişində çıxış edənlər, ölkəmizdə əhalinin sosial müdafiəsi sahəsində ölkə prezidenti möhtərəm İlham Əliyev cənablarının apardığı siyasəti xüsusi vurğulamış və uğurlarımızın zirvəsi olan brinci olimpiya oyunlarındakı qələbələrimizi qeyd etmişlər. Ölkəmiz özünü dünyada sağlamlıq-idman, sabitlik və əminamanlıq dövləti kimi birdaha sübut etdiyi çıxışlarda öz əksini tapıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...