Modern.az

Elçin Behbudov erməni əsir Andraniklə görüşüb: “Sevgilisi üçün darıxır”

Elçin Behbudov erməni əsir Andraniklə görüşüb: “Sevgilisi üçün darıxır”

8 İyul 2015, 14:07

İşgəncələrə Qarşı Komitənin sədri, hüquq müdafiəçisi Elçin Behbudov iyulun 8-də müavini Elçin Şirinovla mayın 22-də könüllü olaraq Azərbaycan tərəfə keçən erməni əsgəri Andranik Qriqoryanla görüşüb. Bu barədə Modern.az saytına Elçin Behbudovun özü məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş Andranik Qriqoryanın saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur:  “Söhbət zamanı bildirdi ki, Azərbaycanda ona münasibət çox yaxşıdır. Azərbaycanda gündə üç dəfə yeməklə təmin olunur. Həftədə 3-4 dəfə hamamla təmin edilir, havada gəzir, otağında televizor var. Avropa Oyunlarını izləyib. Karandaşla şəkillər çəkir. Andranik bildirdi ki, xidmət etdiyi hərbi hissədə çox pis şəraitdə saxlanılıb. Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları ona tez-tez baş çəkirlər, ailəsindən ona, ondan ailəsinə məktub aparırlar. Nuşira adlı sevgilisi üçün darıxdığını da söylədi” .

 Elçin Behbudov qeyd edib ki, görüşdə məqsəd Andranik Qriqoryanın saxlanma şəraiti ilə maraqlanmaq olub: “Biz beynəlxalq təşkilatlara göstərmək istəyirik ki, Azərbaycan dövləti humanistlik prinsipi göstərib erməniyə qarşı necə ədalətli davranıb. Öz də Andranik Qriqoryan birinci dəfə gördüyümdən indi daha çox kökəlib. Erməni hərbiçisi burada yaxşı şəraitdə saxlanılır. Amma ermənilər öz vəhşilik simaların göstərib orada girovluqda olan Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Dilqəm Əsgərovun nə hala salıblar”.

Ermənistan Silahlı Qüvvələrinin hərbçisi Andranik Araratoviç Qriqoryan martın 22-də xidmət etdiyi hərbi hissəni tərk edərək könüllü olaraq Azərbaycan tərəfə keçib. O, bunun səbəbini mənasız yerə ölmək istəməməsi ilə izah edib.

Hadisədən sonra Ermənistanın müdafiə naziri Seyran Ohanyan mediaya açıqlamasında deyib ki, Andranik Griqoryanın valideynləri ilə münasibətləri gərgin olub.

Yeganə OQTAYQIZI

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...