Modern.az

Baş redaktorlar mətbuatın 140 illiyi ilə bağlı Qəbələdə - FOTO

Baş redaktorlar mətbuatın 140 illiyi ilə bağlı Qəbələdə - FOTO

8 İyul 2015, 14:15


Qəbələdə "Azərbaycan milli mətbuatı - 140: inkişaf yolu və müasir dövrün çağırışları" mövzusunda regional konfrans işə başlayıb

Mətbuat Şurasının sədri Əflatun Amaşov da çıxışında Azərbaycan mediasının inkişaf yolundan bəhs edib. O, mətbuatda neqativ halların qarşısının alınması üçün Şura tərəfindən ciddi işlər görüldüyünü və bunun müsbət nəticələr verdiyini diqqətə çatdırıb. Ə. Amaşov region mediasına diqqətin daha da artırılmasının zəruriliyini vurğulayıb.Ə. Amaşov Azərbaycan mətbuatının ölkənin ictimai-siyasi şüurunun inkişafında müstəsna xidmətlərinin olduğunu, bu səbəbdən də milli mətbuatımızın yubiley tədbirlərinin keçirilməsinin vacib olduğunu söylədi. Ə. Amaşov bildirdi ki, Azərbaycan mətbuatı Azərbaycan xalqının inkişaf yolunu müəyyənləşdirib. Konfrans yerli media orqanlarının nümayəndələrinin çıxışları ilə davam etdi.  

Tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru tədbir iştirakçılarını salamladıqdan sonra mətbuatın 140 illik yubiley tədbirlərinin regionlarda davam etdirildiyini, Qəbələdə keçirilən tədbirin sayca üçüncü konfrans olduğunu diqqətə çatdırıb. Milli mətbuatın uğurlu və şərəfli yol keçdiyini söyləyən V. Səfərli bu dövrün 4 yerə bölündüyünü söyləyib. Son dövrdə, müstəqillik əldə olunduqdan sonra mətbuatın vəziyyətindən söz açan V. Səfərli bu dövrdə mətbuata dövlət qayğısından söz açıb. Fondunun icraçı direktoru Vuqar Səfərli Azərbaycanda jurnalistlərə yaradılan şəraitdən danışaraq deyib ki, dünyanın heç bir yerində mətbuat işçiləri dövlət tərəfindən evlə təmin edilmir. Azərbaycanda isə 2013-cü ildə jurnalistlərə hər bir şəraitlə təmin edilən evlərin verildiyini bildirən Vüqar Səfərli gələn il yeni tikilən binanın da mətbuat işçilərinə təqdim ediləcəyini xatırladıb. V. Səfərli bu gün KİVDF-nin jurnalistlərin peşəkarlığının artırılması yönündə işlər aparıldığını, fərdi yazı müsabiqələrinin təşkil olunduğunu bildirib.

Region mətbuatının da bu müsabiqələrdə fəal olmasının vacibliyinə toxunan V. Səfərli onlar üçün xüsusi güzəştlərin olduğunu da bildirib: "Baxmayaraq ki, biz bu müsabiqələrin təşkilində region mətbuatına xüsusi yer ayırmışıq, bununla belə regiona mətbuatı müsabiqələrdə zəif iştirak edir. Mən burdan səslənərək, sizi bu müsabiqələrdə fəal olmağa çağırıram. Siz bu yolla Fondun layihələrindən bəhrələnə bilərsiniz. Çünki, siz KİV-lər üçün keçirilən layihələrdə iştirak edə bilmirsiz. Çünki, Fondun əsasnaməsində qeyd olunub ki, təsisçisi dövlət orqanları olan mətbu orqanlar həmin layihələrdə iştirak edə bilməz. Amma siz jurnalist müsabiqələrində iştirak edərək bəhrələnə bilərsiz".

Xalqımızın milli şüurunun oyanmasında, milli birliyin formalaşmasında misilsiz xidmətlər göstərən "Əkinçi” qəzeti ilə təməli qoyulan Azərbaycan mətbuatının tarixindən, müstəqillik dövründə medianın inkişafı və demokratikləşməsi istiqamətində görülən işlərdən bəhs edən "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, cəmi 56 nömrəsi çıxan "Əkinçi" dövrünün mütərəqqi ideyalarının, maarifçiliyin təbliğatçısı olub, ziyalıları azərbaycançılıq məfkurəsi ətrafında bir araya gətirib.  

İcra başçısının nitqindən sonra Ərəstun Mehdiyev milli mətbuatın keçdiyi şərəfli yoldan söz açdı. Son illər mətbuata dövlət qayğısının həyata keçirildiyinə toxunan Ə. Mehdiyev bu gün KİVDF vasitəsilə bu işlərin davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb: "Yəqin ki, çoxlarınız xatırlayırsınız, 2003-cü ildə  maddi texniki çətinliklərlə bağlı mətbuat orqanlarının üzləşdiyi problem Azərbaycan Nəşriyyatına  yaranmış borclar həmin dövrdə ulu öndər Heydər Əliyev tərəfindən donduruldu.

Ə. Mehdiyev xaricdəki bəzi dairələrin Azərbaycana hücumlarına da toxunaraq, Bakıda Avropa Oyunları keçirilərkən Azərbaycan mətbuatının həm bu hücumlara effektiv cavab verdiyini, həm də oyunları yüksək səviyyədə işıqlandırdığını vurğulayıb. Prezident Administrasiyasının təmsilçisi qeyd edib ki, ölkədə regional media da inkişaf edir. Onun sözlərinə görə, regional medianın inkişafı əsas məqsədlərdən biridir.  

Konfransı giriş sözü ilə açan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə respublikanın müxtəlif bölgələrində milli mətbuatımızın yubiley tədbirlərinin davam etdirildiyini söyləyib. Ə. Mehdiyev bu gün yubiley tədbirinin Qəbələ rayonunda təşkil olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra çıxış üçün söz rayon icra başçısı Səbuhi Abdullayevə verilib. Qonaqları və konfrans iştirakçılarını salamlayan S. Abdullayev milli mətbuatın yubiley tədbirlərindən birinin məhz Qəbələ rayonunda keçirilməsinin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Son illər Qəbələ rayonunda aparılan abadlıq-quruculuq işlərindən söz açan icra başçısı Qəbələnin beynəlxalq yarışların keçirildiyi məkana çevrildiyini diqqətə çatdırıb.  Qəbələ rayonunda aparılan quruculuq işlərinin mətbuatın diqqətindən də kənarda qalmadığını vurğulayan S. Abdullayev son illər mətbuatın inkişafı istiqamətində tədbirlərin də nəzərdən qaçmadığını söylədi.   

Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Azərbaycan Mətbuat Şurasının və Qəblə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycan milli mətbuatı - 140: inkişaf yolu və müasir dövrün çağırışları" mövzusunda regional konfrans işə başlayıb. 

Milli mətbuatın yaranmasının 140-cı ildönümünə həsr olunmuş regional tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, baycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev,  yerli nəşrlərin, habelə ¬Bakıda fəaliyyət göstərən 30-dək qəzetin baş redaktorları iştirak ediblər.Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ehtiramla yad edərək, önünə gül dəstələri qoyublar. Daha sonra konfrans başlayıb. (movqe.az)


 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...