Modern.az

Kommunist Partiyasının sədri Dövlət Dumasının deputatı ilə görüşdü – FOTO

Kommunist Partiyasının sədri Dövlət Dumasının deputatı ilə görüşdü – FOTO

8 İyul 2015, 15:15


Rusiya Federasiyası Dövlət Dumasının Milli  Məsələlər Komitəsinin sədr müavini, Ümumrusiya " Nadejda Rossii" qadın hərəkatının rəhbəri  Pletnyeva Tamara Vasilyevna iyul ayının 04-dən08-nə kimi Azərbaycanda səfərdə olub.

Səfər çərçivəsində Pletnyeva respublikada bir sıra mühüm  görüşlər keçirib, o cümlədən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanovla da görüşüb.  

Rauf Qurbanov Modern.az saytına bildirib ki,  Tamara Pletnyeva Azərbaycan kommunistlərinə RFKP MK sədri Gennadi Zyuqanovun salamlarını çatdırıb.   Partiya rəhbəri deyib ki, ona Rusiya kommunistlərinin lideri Genadi Zyuqanovun şəxsi hədiyyəsini təqdim edilib.  

"Görüşdə partiyalar arasında  işgüzar əlaqələrin daha da  inkişaf etdirilməsi, xalqlar arasında dostluq və mehribançılıq münasibətlərinin dərinləşdirilməsi məsələləri geniş müzakirə olunub. Pletnyeva bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək parlament seçkilərində Azərbaycan kommunistlərinə uğurlar arzulayıb.

O, Bakının bir sıra görməli yerlərində olmuş, şəhərin gözəlliyindən, Azərbaycanın iqtisadi cəhətdən inkişafından dərin məmnunluq hissini bildirib”.


Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...