Modern.az

Kolleclərə ixtisas seçimi başladı

Kolleclərə ixtisas seçimi başladı

Təhsil

8 İyul 2015, 15:51


Ümumi (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd təqdim edən və müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi başlayıb. Modern.az saytı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadən xəbər verir ki, həmin abituriyentlər iyulun 21- saat 23:59-a kimi komissiyanın internet saytında //eservices.tqdk.gov.az/erizetex/ixtisas1/?frm=egov1 linkinə daxil olaraq ixtisas seçimi etməli və ixtisas seçimi ərizələrini təsdiq etməlidirlər. İxtisas seçimi haqqında ətraflı məlumat, qəbul aparılan ixtisaslar və plan yerləri 3 saylı "Abituriyent" jurnalında təqdim olunub.

Ümumi (9 illik) orta təhsil bazasında kolleclərin ixtisas seçimində ümumi balı 16-dan və hər bir fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...