Modern.az

ABŞ nəhəngi 3 mindən çox təyyarə reysini ləğv edib

ABŞ nəhəngi 3 mindən çox təyyarə reysini ləğv edib

8 İyul 2015, 22:52


ABŞ-da “United Airlines” şirkətinin kompüter sistemində meydana gələn qəza səbəbindən ölkə miqyasında 3 min 500 uçuş ləğv edilib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ABŞ-ın əhəmiyyətli hava yolu şirkətlərindən biri olan “United Airlines”in kompüter sistemində texniki bir qəza meydana gəlib. ABŞ Federal Aviasiya İdarəsi tərəfindən edilən açıqlamada bu səbəbdən ölkə miqyasında bütün uçuşların müvəqqəti bir müddət dayandırıldığı qeyd edilib.

Bəyanatda təxminən 3 min 500 uçuşun ləğv edildiyi bildirilərkən, təxminən 235 daxili və 138 beynəlxalq uçuşda gecikmələrin meydana gəldiyi qeyd edilib. Hava yolu şirkəti tərəfindən edilən açıqlamada isə səhər saatlarında şəbəkə əlaqəsi problemi müəyyən edildiyi bildirilərək, “Problem həll edilməyə çalışılır və sərnişinlərdən üzr diləyirik” - deyilib.

Sistemdə yaranan problem üzündən uçuşların təxirə salınması nəticəsində Vaşinqton, Albuquergue, Nyu-Mexiko və Floridadakı hava limanlarında sərnişinlərin gözlədiyi bildirilib.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...