Modern.az

Putin yoqa ilə məşğul olacaq

Putin yoqa ilə məşğul olacaq

8 İyul 2015, 23:20

 

Rusiya prezidenti Vladimir Putin Hindistanın baş naziri Narendre Modiyə yoqa ilə məşğul olacağına söz verib. “Mən daha nə ilə məşğul olmamışam, bu yoqadır.  Ancaq o məni cəlb etməyə bilməz. İdman hazırlığımın səviyyəsindən çıxış edərək cəhd göstərəcəyəm”, - Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Putin bildirib.

Rusiya prezidenti Hindistanın baş naziri ilə görüşündə bu bəyanatı verərək, xatırladıb ki, yaxınlarda Rusiyada beynəlxalq yoqa günü qeyd edilib. Putinin sözlərinə  görə, həqiqi yoqalara baxanda adama elə gəlir ki, bu səviyyəyə çatmaq mümkün deyil, məhz bu adamı yoqa ilə məşğul olmaqdan çəkindirir. Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...