Modern.az

Abxaziyada tanınmamış millilərin dünya çempionatı keçiriləcək

Abxaziyada tanınmamış millilərin dünya çempionatı keçiriləcək

8 İyul 2015, 23:43


2016-cı ildə Abxaziyada tanınmamış milli komandalar arasında futbol üzrə dünya çempionatı keçiriləcək. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Müstəqil Futbol Assosiasiyaları Konfederasiyasının (ConİFA) saytında məlumat verilib.

“ConİFA-nın icraiyyə şurası yekdilliklə növbəti çempionatın Qara dəniz sahilindəki gözəl ölkədə keçiriləmsini qərara alıb”, - məlumatda bildirilir.

Bu qərar Gürcüstan Xarici İşlər Nazirliyinin və Futbol Federasiyasının etirazından sonra Macarıstanda 2015-ci ildə keçiriləcək Avropa çempionatında abxaz oyunşularına səfər üçün viza verilməməsindən sonra qəbul edilib. ConİFA prezidenti Per Anders Blind hesab edir ki, bu situasiya qəbuledilməzdir, çünki konfederasiya siyasi təşkilat deyil.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...