Modern.az

Fermerlərin elektron xidmətlərdən istifadə yolları müzakirə olunub

Fermerlərin elektron xidmətlərdən istifadə yolları müzakirə olunub

4 İyun 2015, 18:31


“Gənclərin İqtisadi, Sosial və Mənəvi İnkişafına Yardım” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında   Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə  dəstəyi ilə  “Fermer təsərrüfatlarının "Elektron hökumət" in  xidmətlərdən istifadə sahəsində biliklərin artırılması üçün dəyirmi masa və təlimlərin həyata keçirilməsi ”  layihəsi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib.

Tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Kənd Təsərrüfatı Nazirliyi qarşısında aqrar sahələrdə həyata keçirilən tədbirlərin effektivliyinin artırılması üçün iri fermer təsərrüfatlarının yaradılmasında elektron xidmətlərdən istifadənin genişlənməsinin vacibliyi vurğulanıb.

Modern.az xəbər verir ki, layihənin əsas məqsədi Elektron hökumət quruculuğu sahəsində qanunvericiliklə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək, fermerlərinin “Elektron hökumət” layihəsində  ictimai fəallığının artırmaq olub. Fermerlərin  və elektron hökumət quruculuğu mühiti ilə bağlı məlumat əldə etmək (əlçatımlıq) mexanizmləri yaratmaq, elektron hökumət quruculuğu sahəsində mövcud hüquqi bazanın daha asan və anlaşıqlı formada əldə etmək imkanları müzakirə olunub. Dəyirmi masalar Şirvan şəhərində,Hacıqabul, Sabirabad rayonunda keçirilib. Dövlət qurumlarının nümayəndələri, vətəndaş cəmiyyəti nümayəndələri, media qurumlarının nümayəndələri və ekspertlər dəvət olunub. Dəyirmi masada bütün maraqlı tərəflərin nümayəndələrinin iştirakına şərait yaradılıb. 

Dəyirmi Masada “Elektron hökumət quruculuğu sahəsində mövcud hüquqi baza” mövzusunda  məruzələr  dinlənilib.  Dəyirmi Masanın materialları sosial media vasitələrində yerləşdirilmişdir . Sosial mediadan və İnternet texnologiyalardan istifadə edərək Elektron hökumət quruculuğu ilə bağlı əlverişli informasiya mühiti formalaşdırıb.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular