FİFA-nın prezidenti Yozef Blatter bəyan edib ki, əgər təşkilatın konqresi onun qalmasını xahiş etsə belə, öz postunu tərk edəcək.
“Mən seçkilərdən sonra öz postumda qalmayacağam. Əgər hətta FİFA-nın konqresi xahiş etsə belə, yenə istefaya gedəcəyəm”,
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, 79 yaşlı isveçrəli deyib.
Xatırladaq ki, Blatter FİFA-nın mayın 29-da keçirilən konqresində növbəti dəfə seçilib. Ancaq 4 gün sonra korrupsiya qalmaqalı fonunda istefaya getdiyini bəyan edib.
FİFA-nın yeni prezidentinin seçkilərinin tarixini müəyyənləşdirəcək təşkilatın icraiyyə komitəsinin növbəti iclası iyulun 20-də Sürixdə keçiriləcək.
Modern.az