Modern.az

Keçmiş dostlar məhkəmədə görüşdülər: Biri hakim, o biri müttəhim kimi - VİDEO

Keçmiş dostlar məhkəmədə görüşdülər: Biri hakim, o biri müttəhim kimi - VİDEO

10 İyul 2015, 11:55


ABŞ-ın Mayami ştatında soyğunçuluqda ittiham olunan şəxs məhkəmədə gözlənilmədən hakimin məktəb dostu olduğunu biləndə ağlamağa başlayıb.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Mayami-Deyd dairəsinin məhkəməsində iri məbləğdə oğurluq və soyğunçuluqda şübhəli bilinən 49 yaşlı afroamerikalı Artur  Butun həbs olunması məsələsinə baxılıb.

Bu iş üzrə ilk iclası hakim Mindi Qleyzer aparıb. O, gözlənilmədən müttəhimə işlə bağlı sual verib: “Mister But, siz Nautilus məktəbində oxumusunuz?”

Növbəti anda Artur hakimin çoxdankı tanışı olduğunu bilib. O, əvvəlcə gülümsəyib, sonra deyib: “Pərvərdigara!” Müttəhim sonra özünü itirərk ağlamağa başlayıb.

Hakim qeyd edib ki, Artur məktəb illərində müxtəlif idman növləri ilə məşğul olub, eləcə də iki dil öyrənib. O, deyib ki, məktəb yoldaşını müttəhim kürsüsündə görmək onu ağrıdır:

“Mən bir neçə dəfə özümə sual vermişəm ki, bu niyə sizinlə baş verib. Ser, uğurlar sizə. Ümid edirəm ki, siz azadlığa çıxacaqsınız və qanunlara əməl edərək yaşayacaqsınız”.

Hakim sonradan 44 min dollar girov müqabilində onun azadlığa buraxılması haqda qərar çıxarıb. 



Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...