Modern.az

Tale Heydərovun klubu Qəbələdəki QALMAQALLA bağlı bəyanat yaydı

Tale Heydərovun klubu Qəbələdəki QALMAQALLA bağlı bəyanat yaydı

10 İyul 2015, 22:46


"Qəbələ" klubu Avropa Liqasının birinci təsnifat mərhələsində "Dinamo" ilə iyulun 9-da keçirilmiş cavab matçında (2:0) baş verən hadisələrlə bağlı bəyanat yayıb.

Modern.az-ın məlumatına görə, klubun rəsmi saytında yerləşdirilən bəyanatda deyilir:

"UEFA Avropa Liqası çərçivəsində 09.07.2015 tarixində keçirilən “Qəbələ” – “Dinamo” (Tiflis) matçında baş verən hadisələri çox təəssüf hissi ilə qarşıladıq. Matçdan öncə ən yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülsə də, Azərbaycan və Gürcüstanın dostluq münasibətlərinə xələl gətirmək istəyən qüvvələr, Tiflisdə olduğu kimi, Qəbələ şəhər stadionunda da öz işlərini gördülər. Bir qrup təxribatçı tərəfindən Gürcüstanın dövlət atributlarının təhqir olunması və siyasi şüarlar qaldırılması bu işin bir hissəsi kimi qəbul olunmalıdır. Əvvəllər də olduğu kimi, indi də bu cür hadisələr klublarımız, ölkələrimiz arasındakı sıx əməkdaşlığa, xalqlarımız arasındakı dostluğa təsir göstərməyəcək. Dünənki matçdan öncə və sonra hər iki klub nümayəndələri arasındakı xoş münasibət, rəqabətin nəticədən asılı olmayaraq, yalnız meydançada olduğunun sübutudur.
İnanırıq ki, bu cür hadisələrə yol verənlər hər iki ölkədə aşkar ediləcək və layiqli cəzalarını alacaqlar. Bir daha baş vermiş hadisədən təəssüfləndiyimizi bildiririk".

Qeyd edək ki, dünənki matç zamanı Gürcüstan bayrağı yandırılıb. Bundan başqa, Qəbələ şəhər stadionunda bir qrup azarkeşin açdığı pankartlarən üzərində "Borçalı Azərbaycanındır", "Sarvan, no Marneuli" (Marneuli yox, Sarvan) sözləri qeyd olunub. Bu isə Gürcüstan tərəfininin ciddi narazılığına səbəb olub. Gürcülərin UEFA-ya şikayət edəcəyi gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiya NATO-ya qoşulur?