Modern.az

Kasıblara yardım paylanarkən dəhşətli HADİSƏ: 23 qadın və uşaq öldü

Kasıblara yardım paylanarkən dəhşətli HADİSƏ: 23 qadın və uşaq öldü

11 İyul 2015, 00:04



İyulun 10-da Banqladeşin Mimensinqx şəhərində kasıblara yardım paylanan zaman baş verən izdihamda ən azı 23 nəfər həlak olub. Onların arasında 21qadın və 2 uşaq var.

TASS agentliyinin yaydığl məlumata görə, kasıblara pulsuz yardımın paylanması üçün nəzərdə tutulmuş aksiya yerli sahibkar tərəfindən öz həyətində təşkil edilibmiş. İlkin məlumata görə, izdiham ehtiyac içərisində yaşayan 1500-ə qədər insanın xeyriyyə aksiyasının təşkil olunduğu yerə eyni zamanda dar darvazadan keçmək istəyərkən baş verib. Hadisə zamanı onlarla adam xəsarət alıb.
Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiya NATO-ya qoşulur?