Modern.az

İtaliya konsulluğu yanında PARTLAYIŞ: Bir nəfər öldü – FOTO

 İtaliya konsulluğu yanında PARTLAYIŞ: Bir nəfər öldü – FOTO

11 İyul 2015, 14:09


Misirin paytaxtı Qahirədə  İtaliya  konsulluğu yaxınlığında partlayış baş verib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə  7 nəfər yaralanıb, 1 nəfər isə ölüb. 

Hadisəyə səbəb bomba quraşdırılmış yük maşını olub.   

İtaliyanın diplomatik nümayəndəliyinin əməkdaşlarından biri baş vermiş partlayış zamanı konsulluğun qapalı olduğunu və diplomatlardan heç kəsin zərər görmədiyini bildirib.  

Partlayışdan dərhal sonra  İtaliya xarici işlər naziri Paulo Gentiloni  öz şəxsi

Twitter hesabında bu sözləri yazıb:

"Qahirədə konsulluğmuzu partlatmaq istədilər. Qurbanlar arasında italyan yoxdur. Dualarımız onlarladır. İtaliya bunu belə qoymayacaq".


 Leyla ƏFQAN  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama