Modern.az

Ukraynada Krım-tatar batalyonu yaradılır

Ukraynada Krım-tatar batalyonu yaradılır

11 İyul 2015, 14:54



Ukrayna hərbi rəhbərliyi ölkənin silahlı qüvvələrinin tərkibinə daxil olacaq ayrıca Krım-tatar batalyonunun yaradılmasına razılıq verib. Modern.az-ın Ukrayna KİV-nə istinadən verdiyi xəbərə görə, “Krım” adlanacaq batalyonun komandiri İssa Akaev olacaq.

 “Ümumi qərar qəbul edilib. Batalyonun baş qərargah rəisinə birgə tabe olması da razılaşdırılıb”, - Akaev bəyan edib.   Batalyona üzv olmaq istəyənlərlə hərbi komissarlıqlardan verilən ərizə yolu ilə müqavilə bağlanacaq. Batalyonun əsas tərkibi krım tatarlarından ibarət olacaq.

Akaev qeyd edib ki, batalyona ümumilikdə min nəfər yığmaq planlaşdırılır. Hazırda belə könüllülərin sayı 50 nəfərdir.  

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiya NATO-ya qoşulur?