Modern.az

Ukraynada deputatın adamları ilə ATIŞMA: Ölən və yaralananlar var - VİDEO

Ukraynada deputatın adamları ilə ATIŞMA: Ölən və yaralananlar var - VİDEO

11 İyul 2015, 21:09


İyulun 11-də Ukraynanın Zakarkatye vilayətinin Mukaçevo şəhərində xalq deputatı Mixail Lanyanın ətrafındakı adamlarla “Sağ sektoru”n təmsilçiləri arasında atışma baş verib. Modern.az-ın Ukrayna KİV-nə istinadən verdiyi xəbərə görə, atışma zamanı yaralıların, eləcə də ölənlərin olduğu bildirilir.

İnsident “Antares” komplksi və keçmiş “Qırmızı əjdaha” klubunun ərazisində baş verib. İlkin məlumatagörə, “Sağ sektor”un təmsilçiləri kompleksin ərazisini zəbt ediblər, deputat Mixail Lanyanın ətrafındakılar isə onlara müqavimət göstəriblər.

Sonradan hadisə yerinə polis və Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları gəlibər.

Bu dəfə polislə “Sağ sektor” arasında atışma Kiyev-Çopdan Qırmızı dağlar şossesində davam edib. Sonradan məlum olub ki, bir nəfər başından ağır yaralanıb. Bundan əlavə, 5 milis əməkdaşının və sürücünün də güllə yarası aldığı bildirilir. Yeli KİV-in xəbərinə görə, tibb işçiləri ölüm faktını təsdiq etməyiblər.

“112.Ukrayna” televizuya kanalı isə bir nəfərin öldüyü, daha 9 nəfərin xəstəxanaya yerləşdirildiyini xəbər verib. Yaralılardan birinin komada olduğu bildirilir.

Telekanalın xəbərinə görə, zərəçəkənlərin əksəriyyəti milis və Təhlükəsizlik Xidmətinin əməkdaşlarıdır. Hüquq-mühafizə orqanları quldurlarla danışıqlara cəhd edir. Onlar silahı yerə qoymaq istəmirlər. Bu haqda Zakarpatye vilayəti prokurorunun mətbuat katibi Viktoriya Popoviç xəbər verib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları quldurların silahı yerə qoyması üçün danışıqlara cəhd edir. Ancaq kompleksin ərazisini ələ keçirən quldurlar bundan imtina edirlər. 

Rəsmi məlumatlara görə, bu insident təsir dairəsi uğrunda gedən mübarizədir. Deputat Mustafa Nayemin bildirdiyinə görə, şəhərə xüsusi xidmətin əlavə qüvvələri gətirilir.

Son məlumata görə, “Sağ sektor”un döyüşçüləri mühasirədən çıxaraq dağlara tərəf hərəkət edirlər.

“Sağ sektor”un döyüşçülərinin verdiyi xəbərə görə, onların iki üzvü atışmada öldürülüb, dörd nəfər isə yaralanıb. Ukraynanın Daxili İşlər Nazirliyi isə bəyan edib ki, dinc sakinlərdən biri ölüb, bir neçə nəfər yaralanıb.




Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiya NATO-ya qoşulur?