Modern.az

İyulda yağan qar 13 yaşlı uşağın ölümünə səbəb oldu

İyulda  yağan qar 13 yaşlı  uşağın ölümünə səbəb oldu

11 İyul 2015, 21:58


Vanın Bahçesaray rayonunda iyul ayında üzərinə qar kütləsi düşən 13 yaşlı uşaq həyatını itirib. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Bahçesaray rayonuna bağlı Çatbayır məhəlləsində yaşayan Rasim Taxaq evlərinə qar gətirmək üçün 300 metr uzaqlıqdakı qayalıqlara gedib.

Rasimin bir müddət sonra evə qayıtmaması səbəbindən ailəsi jandarmdan kömək istəyib. Vətəndaşların da köməyi ilə jandarmsanın regionda apardığı axtarışda qayalıqlardakı qar kütlələrindən birinin qopduğu müəyyən olunub.

Təxminən 4 saatlıq çalışma nəticəsində qar yığınlarının altında Takakın cəsədi aşkar edilib. Jandarmanın ilk tədqiqatında, uşağın qar almağa çalışdığı zaman dağılan tonlarla qar kütləsinin altında qaldığı müəyyənləşdirilib.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiya NATO-ya qoşulur?