Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Ukrayna Təhlükəsizlik Xidmətinə və Dövlət Sərhəd Xidmətinə Odessadakı qapalı çimərliklərin ətrafındakı bütün hasarları sökmək tapşırığı verib. Modern.az-ın Ukrayna KİV-nə istinadən verdiyi xəbərə görə, Gürcüstanın keçmiş prezidentinin fikrincə, odessalıların və qonaqların konstitusion hüquqları pozulur.
“Dərhal Ukraynanın dövlət sərhəd xidmətinin rəhbəri Viktor Nazarenko və Təhlükəsizlik Xidmətinin rəhbəri Vasiliy Qritsaka zəng vurdum. Onlar hasarları söküb çimərliklərə girişi açıq etmək ideyasını dəstəklədilər. Mən onlara çox minnətdaram”, - Saakaşvili deyib.
Modern.az