Modern.az

Qocalar evi yandı: 8 nəfər öldü

Qocalar evi yandı: 8 nəfər öldü

12 İyul 2015, 13:12


İspaniyanın şimal-şərqindəki Saraqosa şəhərinin ətrafındakı qocalar evinin yanması nəticəsində 8 nəfər ölüb, 11 nəfər yaralanıb.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ölümə səbəb dəm qazından boğulma olub.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, yanğın iyulun 11-də axşam qeydə alınıb. Üçmərtəbəli binada cəmi 19 nəfər olub. Yanğın söndürülüb, səbəbləri araşdırılır. Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiya NATO-ya qoşulur?