Modern.az

Azərbaycanda iki şəhərin baş planı təsdiq edildi

Azərbaycanda iki şəhərin baş planı təsdiq edildi

13 İyul 2015, 11:44

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Modern.az-a verilən məlumata görə, Hacıqabul və Neftçala şəhərlərinin Baş planları təsdiq edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Azıx MMC şirkəti tərəfindən hazırlanan Hacıqabul və Neftçala şəhərlərinin Baş planlarının işlənilməsi başa çatdırılıb.

Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 19.06.2015-ci il tarixli 117 nömrəli sərəncamı ilə Hacıqabul şəhərinin Baş planı və Neftçala rayon İcra Hakimiyyəti başçısının 23.06.2015-ci il tarixli 65 nömrəli sərəncamı ilə Neftçala şəhərinin Baş planı təsdiq olunub.    

Aytən ZƏHRA

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiya NATO-ya qoşulur?