Modern.az

“Əbülfəz Qurbanlının yeganə çıxış yolu partiyadan istefa verməsi idi”

“Əbülfəz Qurbanlının yeganə çıxış yolu partiyadan istefa verməsi idi”

11 İyul 2015, 16:26


“Əbülfəz Qurbanlı xaricdən inqilab üçün ayrılacaq pulların bölüşdürülməsində tərəf kimi və pay sahibi olmaq niyətindədir”. Modern.az xəbər verir ki, bu sözləri politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, son zamanlar müxalifət partiyalarından istefa verənlərin sayı getdikcə artmaqdadır. “Yarpaq tökumunə məruz qalan siyasi partiyalar içərisində AXCP xüsusi ilə fərqlənir. Partiya sədri Əli Kərimliyə yaxınlığı ilə seçilən partiya üzvlərinin və partiya sədr müavinlərinin istefa verməsi və yaxud partiya rəhbərliyi tərəfindən istefa verməsinə məcbur edilməsi prosesləri artmaqdadır.Təmsil olunduğu partiyadan istefa verilməsinə səbəb təbii ki, olmalıdır. siyasi bir partiyadan özüdə rəhbər vəzifədən istəfa verirsənsə deməli buna sənin səbəbin olmalıdır. Hər zaman çıxışlarımızda bəyan etmişik ki, Əli Kərimli partiyaya xarici “donorlar” vasitəsi ilə verilən maliyyə vəsaitlərini şəxsi istəyinə əsasən xərcləyir və bu barədə ona irad bildirən partiya nümayəndələrinə təziqlər göstərir. Bunun nəticəsidir ki, Əli Kərimli ilə xarici səfirliklərin “elçi daşının” üstündə yay-qış aylarında birlikdə oturub növbə gözləyən tərtəfdaşları artıq həm Əli Kərimlidən, həm də AXCP-dən uzaqlaşırlar.

Politoloq onu da vurğulayıb ki, son dövrlərdə ABŞ –nın müxtəlif siyasi dairələri və maliyə təşkilatları tərəfindən ölkəmizdə planlaşdırılan inqilablara ayrılacaq maliyyə vəsaiti ilə bağlı mətbuatda işıqlanan bir çox məlumatlar da buna təsir etməkdədir.

“Bu məlumatlardan xəbəri olan Əbülfəz Qurbanlı və onun kimi bir neçə AXCP fəalı artıq bu dəfə ayrılacaq maliyədə tərəf və pay sahibi olmaq niyətində olduqlarını bildirməkdədirlər. Ancaq təbii ki, Əli Kərimli və partiyada ona yaxınlığı ilə seçilən partiya nümayəndələri Əbülfəz Qurbanılın arzusunun gözündə qalacağına bir işarə verməmiş deyillər. Belə olan halda isə Ə.Qurbanlının bir çıxış yolu qalır ki, o da partiyadan istefa verməsi. Yaxın günlərdə Əbülfəz Qurbanlı və onunla yanaşı Əli Kərimli üzündən AXCP-dən ayrılan və digər müxalifət siyasi partiyalarından müxtəlif səbəblərlə ayrılan bir çox müxalif düşüncəli şəxslərin birləşməsi və siyasi bir təşkiat yaratmaları da istisna deyil”.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiya NATO-ya qoşulur?