Bu gün Xabarovskda qəzaya uğrayan Tu-95 bombardmançı təyyarəsinin 7 ekipaj üzvündən 5-i sağ tapılıb. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, onlar helikopterlə yaxınlıqdakı hava limanına, oradan isə tibbi müayinə üçün hospitala aparılıblar. Daha iki ekipaj üzvünün axtarışları davam edir.
Bu, yay gələndən bəri Rusiyada hərbi təyyarələrlə bağlı baş verən altıncı hadisədir.
İyulun 8-də yenə Xabarovsk diyarında Su-29 qəzaya uğrayıb. Nəticədə iki pilot həlak olub. İyunun 4-də Həştərxan vilayətində MiQ-29 hərbi təyyarəsi partlayıb. Elə həmin gün Voronej yaxınlığında eniş zamanı Su-34 çevrilib. İyunun 8-də Amur vilayətində Tu-95 uçuş zolağından çıxıb. İyulun 3-də isə MiQ-29 Krasnodar diyarında yerə düşüb.
Modern.az