Modern.az

1-ci və 4-cü qruplar üzrə imtahanların düzgün cavabları AÇIQLANDI

1-ci və 4-cü qruplar üzrə imtahanların düzgün cavabları AÇIQLANDI

Təhsil

14 İyul 2015, 20:15

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 14-də ali təhsil müəssisələrinin 1-ci və 4-cü ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının düzgün cavablarını açıqlayıb. Modern.az-ın məlumatına görə, cavablar aşağıdakı linklərdə yerləşdirilib.

Azərbaycan bölməsi - I qrup 
//eservices.tqdk.gov.az/exam/2015/1_4/a1_1407e.htm 
Azərbaycan bölməsi - IV qrup 
//eservices.tqdk.gov.az/exam/2015/1_4/a4_1407e.htm 

Rus bölməsi - I qrup 
//eservices.tqdk.gov.az/exam/2015/1_4/r1_1407e.htm 
Rus bölməsi - IV qrup 
//eservices.tqdk.gov.az/exam/2015/1_4/r4_1407e.htm

Xatırladaq ki, bugünkü imtahanlar respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində təşkil olunub. İmtahanda abituri­yentlərə hər fəndən 25 test tapşırığı olmaqla ümumilikdə 125 test tapşırığı təqdim olunub.

İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Məlumat üçün bildirək ki, imtahanda 26920 abituriyentin iştirakı  gözlənilirdi. Onlardan 22381 nəfəri I qrup üzrə, 4539 nəfəri IV qrup üzrə imtahan verib.

İmtahanların idarə olunmasına 216 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2230 nəzarətçi-müəllim cəlb olunub.

Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 30-dan avqustun 11-dək aparılacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!