Xarici İşlər nazirlyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün İranla P5+1 razılaşmasına şərh verib.
O qeyd edib ki, Azərbaycan P5+1 və İran İslam Respublikası arasında hərtərəfli fəaliyyət proqramı əsasında danışıqlar yolu ilə nüvə proqramına dair əldə edilmiş razılaşmanı alqışlayır.
“Bu razılaşmanın beynəlxalq və regional səviyyədə sülh, təhlükəsizlik və əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verəcəyinə inanırıq”.
Modern.az