Azərbaycan Prezidenti İlham Əliyevin bacısı, hazırda Londonda yaşayan Sevil Əliyevz “Space” TV-yə müsahibə verib. Modern.az-ın məlumatına görə, Sevil Əliyevanın “Xatirələr, xatirələr" adlanan müsahibəsi iyulun 14-də “Space”də yayımlanıb.
Müsahibə boyu Sevil xanım ailəsi, atası, qardaşı İlham Əliyevin anadan olması haqda xatirələrini danışıb.
Sevil Əliyeva uzun illərdir övladları – iki oğlu və bir qızı ilə birgə Londonda yaşayır. O, tarix elmləri namizədidir. 1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub. Bir qızı, iki oğlu var.
1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirən S.Əliyeva bir sıra mahnıların, o cümlədən anası, mərhum akademik Zərifə Əliyevaya həsr etdiyi “Ana” elegiyasının müəllifidir. O, həm də “Space” Televiziyasının qurucusudur.
Modern.az "Xatirələr, xatirələr" adlanan verilişin videosunu təqdim edir.