Modern.az

Emin Ağalarov: “Leyla gözəl insan və unikal anadır”

Emin Ağalarov: “Leyla gözəl insan və unikal anadır”

15 İyul 2015, 22:56

Azərbaycan prezidenti İlham Əliyevin böyük qızı Leyla Əliyevadan ayrılan müğənni və “Crocus Group”un vitse-prezidenti Emin Ağalarov “Səni unutmaq” mahnısına klipini təqdim edib.

Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Emin bu mahnını Leyla xanıma həsr edib. E.Ağalarov etiraf edib ki, mahnını xeli öncələr - ayrılığa qədər yazıb: “Hisslər soyuya bilər, məhəbbət keçə bilər. Ancaq hətta əgər münasibətlər bitirsə, qəlbində gecələr rahat yatmağa qoymayan nələrsə qala bilər”.

Emin Ağalarov etiraf edib ki, onun keçmiş həyat yoldaşı ilə çox gözəl münasibətləri qalır: “Leyla möhtəşəm insandır, tamamilə unikal anadır. Mənim uşaqların tərbiyəsinə görə ona minnətdarlıq hissindən başqa bir işim ola bilməz. Ancaq mən də pis ata deyiləm”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama