Modern.az

“Qarabağ” Çempionlar Liqasının ilk oyununda qol vura bilmədi

“Qarabağ” Çempionlar Liqasının ilk oyununda qol vura bilmədi

15 İyul 2015, 23:18


İyulun 15-də Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunları keçirilib. Modern.az-ın məlumatına görə, ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” bu gün ilk oyununa çıxıb.

Qurban Qurbanovun komandası doğma meydanda Monteneqro çempionu “Rudar”ı qəbul edib.

Tarixində ikinci dəfə Çempionlar Liqasında iştirak edən Ağdam təmsilçisi bu oyunda fərqlənə bilməyib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

“Qarabağ” növbəti mərhələyə çıxmaq üçün iyulun 22-də Monteneqroda keçiriləcək cavab matçında sərfəli nəticə qazanmalıdır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama