Modern.az

Şagirdləri test edənlərin özləri testdən keçməli olacaq

Şagirdləri test edənlərin özləri testdən keçməli olacaq

16 İyul 2015, 08:15


2015/2016-cı tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə götürülməsi üzrə elektron ərizələrin qəbulu başa çatıb.  

Təhsil nazirliyindən Modern.az-a verilən məlumata görə, müəllimlərin işə qəbulu üzrə 23 000-dən çox müraciət olub.   Müraciət edənlərdən 20 000-dən çox namizədin ərizəsi qəbul olunub.  

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu 1-15 iyul tarixlərində aparılıb.  

Müsabiqənin ikinci mərhələsində test imtahanı olacaq və 20-26 iyul tarixlərində keçiriləcək.

Müvafiq olaraq, testdən keçənlərin müsahibə mərhələsi isə iyulun 28-dən avqustun 2-dək davam edəcək.  

Aytən ZƏHRA  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama