“ABŞ ümid edir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində irəliləyişə nail olunması üçün tərəflər sülhə sadiqlik nümayiş etdirəcəklər”
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin köməkçisinin Şərqi Avropa, Qafqaz və Regional münaqişələr üzrə müavini Erik Rubin bildirib.O, Brukinqs İnstitutunda çıxışı zamanı deyib ki, Qarabağ probleminin sülh yolu ilə nizamlanmasının alternativi yoxdur.
Erik Rubin qeyd edib ki, ABŞ konfliktin ədalətli, uzunmüddətli, qarşlıqlı faydalı həllinə nail olunması məsələsinə baxır.
“Məhz bu prinsiplərlə məsələyə baxmaq lazımdır. Çünki problemin başqa cür həlli mövcud deyil.Bundan başqa alternativlər o qədər dəhşətlidir ki, hətta onlara baxmaq belə lazım deyil”.
Yüksək vəziəli diplomat onu da əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ABŞ ATƏT-in Minsk qrupunun digər üzvləri olan Rusiya və Fransaya köməkliyi davam etdirəcək.
Aqşin Kərimov