Modern.az

Lukaşenko qəzaya düşdü – FOTOLAR + VİDEO

Lukaşenko qəzaya düşdü – FOTOLAR + VİDEO

16 İyul 2015, 11:04


Belarus prezidenti Aleksandr Lukaşenkonun korteji Orşa – Moqilyov yolunda qəzaya düşüb. ANS PRESS-in məlumatına görə, bu haqda sosial şəbəkə istifadəçiləri xəbər yayıb.

Qəza iyulun 7-də yerli vaxtla saat da 21.00-da Lukaşenkonun Aleksandriya şəhərindən Minskə qayıtdığı zaman baş verib. "Prezident kortejinin qarşısına yüksək sürətlə BMW avtomobili çıxıb. BMW kortejdə olan avtomobillərdən ("Mersedes" mikroavtobusu) birinə dəyib.

“Maşında olan şəxslərdən bir çoxu ciddi zərər çəkib.Çünki maşın bir neçə dəfə çevrilib", - deyə bildirilir. BMW sürücüsü barəsində cinayət işi qaldırılıb.

 



Modern.az
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama