Modern.az

Keçmiş döyüşçüdən müharibə ÇAĞIRIŞI: “İrəvanı da ala bilərik”

Keçmiş döyüşçüdən müharibə ÇAĞIRIŞI: “İrəvanı da ala bilərik”

16 İyul 2015, 14:02


“Ermənilər tərəfindən işğal olunan torpaqları azad etmək üçün tez bir zamanda müharibə olmalıdır”.

Bunu Modern.az saytına Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev deyib. O bildirib ki, müharibə olduğu təqdirdə Azərbaycan bütün torpaqlarını geri qaytara bilər:

“Biz döyüşçülər həmişə müharibənin olmasına hazırıq. Hər zamanda müharibənin olmasını arzulayırıq. Çünki biz prezidentimizə, özümüzə və xalqımıza arxanıyıq. Hamımız ali baş komandanın ətrafında birləşib, tezliklə bu şərəfli müqəddəs müharibəmizi edib torpaqları azad eləməliyik.

Biz hər zaman torpaqların müharibə yolu ilə alınmasının tərəfdarıyıq. Bu gec və tez baş verməlidir. Ermənilərlə xoşluqla danışmaq olmaz. Onları, ancaq vurmaq lazımdır. Tez bir zamanda müharibə edib torpaqlarımızı geri qaytarmalıyıq. Biz özümüzün tarixi torpaqlarımıza qayıtmaq istəyirik.

Çünki onların hamısı Azərbaycanın tarixi torpaqlarıdır. Belə olan halda biz nəyi gözləyirik? Ona görə müharibənin olmasına çox şad olardıq. Düzdür,  bizdə müharibə istəyənə bir az ağılsız kimi yanaşırlar. Amma neyləmək olar ki, ermənilər bizə başqa yol saxlamırlar. Torpaqlarımızı ermənilərə verəsi deyilik. Biz döyüşçülər çox istərdik ki, müharibə xəbərləri düz olsun. Biz müharibəyə hazırıq. Müharibənin hansı şəraitdə, necə və müddətindən asılı olmayaraq torpaqlarımızı geri qaytarmalıyıq.

Biz kiminsə torpağına hücum eləmirik. İndiki Ermənistan adlanan xarabanın hamısı qədim Azərbaycan torpaqlarıdır. Axı Füzuli, Şuşa, Ağdam, Kəlbəcər və digər rayonlarımız da erməni yaşayıb ki? Görəsən bunu bilən dünya kordumu?”. Füzuli Rzaquliyev qeyd edib ki, Azərbaycan ordusu müharibə etmək üçün tam hazırdır:

“İndinin özündə də ordumuz hər gün Ermənistana gedib erməni öldürsə, onların özləri müharibəsiz qorxub qaçarlar. Müharibə olsa, Azərbaycan ordusu İrəvanı belə ala bilər. Qısa zaman ərzində onlara qalib gələ bilərik. Bu gün müharibə etmək üçün hər şeyimiz var. Bircə müharibə eləmək lazımdır. Ermənilər qorxağın biridir. Bir-iki rayonu aldıqdan sonra özləri qaçıb gedəcək”.

Sevinc YASİNQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama