Modern.az

22 mərtəbəli otel tikmək istəyən azərbaycanlı xanım Rusiyada məhkəməni uddu

22 mərtəbəli otel tikmək istəyən azərbaycanlı xanım Rusiyada məhkəməni uddu

22 İyul 2015, 13:41


Rusiyanın Yekaterinburq şəhərindəki Azərbaycan icmasının rəhbəri Şahin Şıxlinskinin həyat yoldaşı ilə şəhər meriyası arasında məhkəmə çəkişməsi davam edir. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, bizneslə məşğul olan Almaz Şıxlinskaya Yekaterinburq şəhərinin Osnovinsk parkının ərazisində 22 mərtəbəli “Azərbqaycan Evi” mehmanxana kompleksi inşa etmək istəsə də, həmin ərzaini ona icarəyə verən şəhər meriyası sonradan müqaviləni pozub və tikinti işlərini qadağan edib.

Məhkəməyə müraciət edən Almaz Şıxlinskaya martın 25-də və iyulun 14-də Yekaterinburq və Perm Arbitraj Məhkəmələrinin qərarı ilə prosesi udub. Məhkəmə Yekaterinburq şəhər meriyasının Almaz Şıxlinskaya ilə müqaviləni pozmasını və Osnovinsk parkında tikinti işlərinə qadağa qoymasını əssasız addım hesab edib.

Yekaterinburq meriyası və şəhərin ictimai palatası isə qərarı yenidən şikayət edəcəklərini deyiblər. Onlar “Azərbaycan Evi”nin tikintisi ilə bağlı yekun qərarın verilməsi üçün Ural Dairə Arbitraj Məhkəməsinə müraciət edəcəklərini deyiblər.

2004-cü ildə Yekaterinburq meriyası Osnovinsk parkındakı ərazini Azərbaycan konsulluğunun tikilməsi üçün ayırmışdı. Lakin konsulluq şəhərin başqa səmtində inşa olunduğu üçün boş qalan ərazi biznesmen Almaz Şıxlinskayaya “Azərbaycan Evi”nin inşası üçün icarəyə verilmişdi.

Sonradan meriyanın müqaviləni pozması çoxillik məhkəmə çəkişməsinə rəvac verib. 



Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama