Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu “l Avropa Oyunlarını ən geniş və dolğun işıqlandıran KİV” mövzusunda keçirdiyi müsabiqənin qaliblərini élan edib.
Modern.az saytının məlumatına görə, müsabiqədə qalib gələn kütləvi informasiya vasitələri aşağıdakılardır:
I yer – İdman Azərbaycan kanalı - 30 min manat;
II yer - AZƏRTAC və Azad Azərbaycan Televiziyası (ATV) – 20 min manat;
III yer - “Azərbaycan” qəzeti – 15 min manat, APA və "Trend" İnformasiya agentlikləri – 10 min manat.
“Lider” telekanalı və “Səs” İnformasiya Agentliyinə isə xüsusi mükafat verilib.
Sevinc YASİNQIZI