Modern.az

Elçibəyin kadrına Ukraynada vəzifə verildi

Elçibəyin kadrına Ukraynada vəzifə verildi

Təhsil

23 İyul 2015, 16:00



Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti illərində Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan Elxan Nuriyev Ukrayna elm və təhsil nazirinin müşaviri, rektorların attestasiya komissiyasının sədri vəzifəsinə təyin olunub.

Modern.az musavat.com-a istinadən xəbər verir ki, Azərbaycan milli-azadlıq hərəkatının fəallarından olan Elxan Nuriyev ali təhsilini Lvovda alıb. Ötən əsrin 80-cı illərinin sonlarında milli-azadlıq hərəkatına qoşulmaq üçün Azərbaycana qayıdıb. I Qarabağ savaşında Qarabağda, Qubadlı bölgəsində ermənilərə qarşı vuruşan könüllülər batalyonunun tərkibində döyüşüb.

1992-ci ildə prezident Əbülfəz Elçibəyin fərmanı ilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Gəncə qiyamından bir müddət sonra yenidən Ukraynaya qayıdıb. Prezident Pyotr Poroşenkonun imzaladığı sərəncamla iyulun 21-dən Ukrayna elm və təhsil nazirinin müşaviridir.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama