ABŞ-ın Lafeyet şəhərində (Luiziana ştatı) naməlum şəxsin açdığı atəş nəticəsində iki nəfər həlak olub, azı altı nəfər yaralanıb.
RİA Novosti agentliyinin yaydığı məlumata görə, hadisə kinoteatrda baş verib. Məlumata əsasən, atəş açan şəxs daha sonra intihar edib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. (Report)