Modern.az

Kapital Bank gücləndirilmiş iş rejiminə keçib

Kapital Bank gücləndirilmiş iş rejiminə keçib

Təhsil

24 İyul 2015, 11:34


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən sosial müavinətlərin və təqaüdlərin plastik kartlarla bankomatlar vasitəsilə ödənişi xidmətlərinin  satınalması üzrə may ayında tender elan edilmişdi. Tenderdə Kapital Bank qalib seçilib və bu ilin iyul ayının əvvəlindən etibarən respublika üzrə bütün sosial müavinət və təqaüdlərin plastik kartlarla ödənilməsi xidmətinə başlanılıb. 

Bununla əlaqədar olaraq, müvafiq ƏSMM-lər Kapital Bankın şəhər və rayon filiallarına vətəndaşlar üçün plastik kartların hazırlanması və təqdim olunması ilə bağlı artıq sifarişlərini həyata keçiriblər.
Qeyd edək ki, Bank öz növbəsində iyul ayının 16-dan etibarən plastik kartların paylanması prosesinə start verib. Hazırda bununla bağlı Bankın 10 Bakı və 26 regional filialı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Artıq on minlərlə insan yalnız şəxsiyyət vəsiqəsilə Kapital Bankın müvafiq filialına yaxınlaşaraq növbəlik prinsipi ilə öz ödəniş kartlarını alıb və müvafiq vəsaitləri Bankın bankomatlarından nağdlaşdıra bilib. Kartların verilməsini sürətləndirmək məqsədilə Bankın müvafiq filiallarında iş qrafiki dəyişib. Belə ki, filiallar həftə içi 09:00-dan 20:00-dək, şənbə və bazar günləri isə 09:00 – 18:00-dək müştərilər üçün açıq olacaq. Qeyd edək ki, gücləndirilmiş iş rejimi iyul ayının sonunadək qüvvədə qalacaq.  

“Bankın bu istiqamətdə keçirilmiş tenderdə qalib gəlməsi uğur olmaqla yanaşı, həm də məsuliyyət deməkdir və bizim üçün böyük şərəfdir ki, respublika əhəmiyyətli sosial layihələrin bir hissəsi ola bilirik” – deyə Bankın mətbuat xidmətindən bildirlər.

  Modern.az

     
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama