Xalq hərəkatının öncüllərindən, Qarabağ Azadlıq Hərəkatının ilk sədri, tanınmış hərbi ekspert Xəqani Hüseynovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirələcək.
Qarabağ Azadlıq Təşkilatından Modern.az saytına bildirilib ki, Xəqani bəyin Ukraynada vəfatından 40 gün keçir. Anım mərasimi 2015-ci il iyulun 28-də saat 1400-da Qarabağ Azadlıq Təşkilatının mərkəzi ofisində başlayacaq.
“Xəqani bəyin xatirəsini bizimlə birlikdə anmaq istəyənlərin hər biri mərasimə dəvətlidir”-deyə QAT mərasimin ünvanını göstərib: Binəqədi rayon, 6-cı mikrorayon, S.Məmmədova küçəsi, 209 (“Nəsimi” metrost-nın yaxınlığı).