Modern.az

Tanınmış politoloqdan müxalif və iqtidara sərt TƏNQİD: “6 siyasi partiya qalacaq"

Tanınmış politoloqdan müxalif və iqtidara sərt TƏNQİD: “6 siyasi partiya qalacaq"

Təhsil

24 İyul 2015, 12:58

“İqtidarla əməkdaşlıq edən 6 siyasi partiya Azərbaycan siyasətinin müxalifəti olacaq”.

Bunu Modern.az saytına politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, hazırkı müxalifət mövcud situasiya ilə barışıb:

“Demək olar ki, müxalifətin ətrafında fəal adamlar belə, yoxdur. Sanki ölkədə baş verən hər hansı hadisəyə adi bir bəyanat belə, verməyə cəsarətləri çatmır. Müxalifət bir qayda olaraq mövcud çatışmazlıqlalara qarşı özünün siyasi reaksiyasını verməlidir. Artıq müxalifətdə reaksiya da itib. Arada bir liderlərdən kimsə bir çox yumşaq ifadələr işlədir. Bu ifadələr də heç reallığı əks elətdirmir. Bu da ölkədə siyasi mühitsizlik yaradır. Yəni ölkədə siyasi mühit yoxdur. O mühitin komponentləri zəifdir. Demək olar ki, bunun nəticəsində də siyasi mübarizə elementi aradan çıxıb. Mən bunun günahını təkcə müxalifətdə görmürəm. Müxalifət isə günahı xalqın üzərinə atır ki, onlar və ziyalılar aktiv olmalıdır. Ziyalı oturub öz işi ilə məşğul olur. Amma ziyalı gəlib müxalifətin əvəzindən siyasi mübarizə missiyasını yerinə yetirməyəcək ki”.

Qabil Hüseynlinin fikrincə, müxalifətdəki siyasi liderlər və ətrafındakı şəxslər yorulub:

“Həmçinin siyasi liderlərin də yaşı da çoxdur. Deməli siyasi partiyalarda və müxalifətdə cavanlaşma prosesi getməlidir. Onlar özlərinin ideoloji platformasına konseptual səpkidə yenidən yanaşmağı bacarmalıdır. Çoxunun proqramı 20-25 il əvvəl yazılmış qaydalardır. Həyat isə irəli gedib, xeyli dəyişilib. Yeni dəyişiklikləri və yeniliklərin hamısını ümumiləşdirib, konsepsiya halına salıb, proqrama daxil etmək və yaxud da onu ayrıca bir mövqe şəkilində cəmiyyətə çatdırmaq siyasi müxalifətin missiyalarından biridir.

Qarşıdan parlament seçkisi gəlir. Seçki ərəfəsində cəmiyyətə stimul verməyi indidən bacarmaq lazımdır. Biz görürük ki, elə stimul vermək bacarığı müxalifətdə duyulmur. Eləsi var ki, tamamilə çökmüş vəziyyətdədir. İdeya vermək imkanına belə, malik deyil. Cəmiyyətə isə yeni ideyalar lazımdır. İnsanları maarifləndirən, gözünü açan ideyalar lazımdır. Bu ideyaları isə müxalifət və siyasi partiyalar verə bilmirlər. Bu mənada cəmiyyətin intellektual səviyyəsindən də şikayət etmək lazım gəlir. Çünki cəmiyyətin onlardan tələbkarlığı azalıb. Azərbaycanda siyasi mübarizə belə bitkin və ölgün bir hala gəlib çatıb.

İqtidar öz hakimiyyətini qorumaq üçün bütün imkanlardan istifadə edir və edəcək. İqtidar siyasi şəxsləri, jurnalistləri və siyasi partiyaları da öz tərəfinə çəkir. Bu onun borcudur. Bu mövqedə iqtidar siyasi mühitsizlik şəraiti yaradır. Siyasi mühit müxalifət  və iqtidar üçün normal şəraitin olmasını tələb edir. İqtidar siyasi müxalifətin bir qismi üçün şərait yaradır. Digərləri isə üçün şərait yaratsan belə, meydana bir şey çıxa bilmir.

Ümumiyyətlə, müxalifət olmasa, demokratik cəmiyyət quruculuğu, mübariz cəmiyyət, siyasi plüralizm ideyalarının məhdudlaşdırılması şübhə altına düşür. Amma iqtidarla əməkdaşlıq edən müxalifət adlandırılan 6 siyasi partiya qalacaq. Onlar da Azərbaycan cəmiyyətinin siyasi müxalifəti olacaq”.

Sevinc YASİNQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama